Məğlub komandanın futbolçusu ən yaxşı seçildi - DÇ-də maraqlı qərar
17.06.2026 - 12:32
Dünya çempionatının J qrupunda keçirilən Avstriya – İordaniya matçının ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada İordaniya millisinin üzvü Ali Olvan layiq görülüb.
Hücumçu komandasının məğlub olduğu görüşdə fərqlənməyi bacarıb. Olvan Avstriya ilə qarşılaşmada İordaniyanın yeganə qolunun müəllifi olub.
Qeyd edək ki, Avstriya İordaniyanı 3:1 hesabı ilə məğlub edib.
0
0