UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, standart biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır.
Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə etmək mümkündür.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ"ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.
- “Qarabağ”ın matçı üçün İngiltərəyə getmək istəyənlər: Diqqət!
- “Nyukasl”ın “Qarabağ”la matçlar üçün HEYƏTİ
- MOK-dan etiraz: “Arsax” adlı musiqinin istifadəsindən narahatıq"
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB