
Türkiyə Superliqasının 30-cu turunda "Trabzonspor" evdə "Fənərbaxça"nı qəbul etdiyi matçdan (2:3) sonra yaşananlarla bağlı Trabzon klubunun rəhbərliyi açıqlama yayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun "X" sosial şəbəkəsində paylaşım edilib:
“İdarə Heyətimiz bütün prosesi diqqətlə izləyir. Klubumuz sabah Türkiyə Futbol Federasiyasının intizam yönləndirmələrindən sonra verəcəyi təfərrüatlı açıqlamanı ictimaiyyətlə bölüşəcək.
İstərdik ki, hər kəs yaxşı bilsin. Heç kim və heç bir qurum Trabzon şəhərini, "Trabzonspor" klubunu və şərəfli azarkeşlərimizi dünənki hadisələrə qatmağa çalışmasın. Biz buna heç vaxt icazə verməyəcəyik".
- Konfrans Liqası: “Betis” və “Panatinaikos” 1/8 finalda - YENİLƏNİB
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb