Vyanada Türkiyəyə şok - 6 qolluq darmadağın
27.03.2024 - 01:49
![Vyanada Türkiyəyə şok - 6 qolluq darmadağın](https://apasport.az/storage/news/2024/march/27/big/660344b94fe60660344b94fe611711490233660344b94fe5e660344b94fe5f.webp)
Türkiyə millisi bu gün növbəti yoxlama matçını keçirib.
Apasport.az xəbər verir ki, "ay-ulduzlular" Avstriyanın qonağı olub.
Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Mixael Qreqoritşin het-trik etdiyi matçda avstriyalılar Xaver Şlayer, Kristof Baumqartner və Maksimilian Entrupun qolları ilə böyükhesablı qələbə qazanıb - 6:1. Türkiyəlilərin heyətində isə Hakan Çalhanoğlu fərqlənib.
Qeyd edək ki, Vinçenzo Montellanın yetirmələri bunadək Macarıstan millisi ilə yoxlama matçı keçirib. Komanda həmin görüşdə də məğlub olub - 0:1.
0
0