Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
Amin Məmmədzadə (55 kq) 1/8 finalda Jirayr Sarkisyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş boksçumuzun 3:0 (29:27, 30:26, 28:28, 30:26, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti görüşündə Billal Bennama (Fransa) ilə qarşılaşacaq. Döyüş sentyabrın 22-də olacaq.
Nəbi İsgəndərov (70 kq) çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı Fabian Tomkiçə (Xorvatiya) ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov sentyabrın 21-də 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkəcək.
Qeyd edək ki, yarışın 4-cü günündə Azərbaycan millisinin 5 boksçusu gücünü yoxlayacaq.
- Azərbaycan boksçuları Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
- Azərbaycan boksçuları Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
- U-15 Azərbaycan kubokunun qalibləri müəyyənləşib
- Boksçularımız Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək