Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov müxtəlif yaş qrupları üzrə yığmaların məşqçiləri və hakimlərlə görüşüb.
Apasport.az xəbər verir ki, görüşdə milli komandalarımızın ilin əvvəlindən bu günədək iştirak etdiyi yarışlar, göstərdiyi nəticələr, qarşıdakı turnirlər müzakirə olunub.
Məşqçilər heyətlərinin hesabatları dinlənilib, yarışların sayının artırılması qərara alınıb. Avropa birinciliyində məktəbli boksçularımızın tarixi uğuru və rekordları da xüsusi vurğulanıb. Qeyd olunub ki, uşaq boksunun daha da inkişafı üçün bu ildən kadetlər arasında Azərbaycan kuboku keçiriləcək.
Bundan əlavə, hakimlərimlərimizin beynəlxalq dərəcələrinin artırılması, yarışlarda iştirakı da müzakirə mövzusu olub.
Yekunda lazımı tapşırıq və tövsiyələr verilib, uğurların artırılması üçün lazımı şəraitin yaradılacağı vurğulanıb.
- Dörd boksçumuz Avropa çempionatının 1/4 finalında
- Azərbaycanın 3 boksçusu dünya çempionatında yarımfinala yüksəlib
- Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazanıb
- Dünya çempionatı: Azərbaycanın səkkiz boksçusu 1/4 finalda mübarizə aparacaq
- Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub