Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib
08.09.2025 - 17:56
Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib

Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, 90 kq-da döyüşən millimizin lideri 1/8 finalda Yasse Kisslə (Almaniya) üz-üzə gəlib.

Dünya çempionumuz rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 final döyüşünə çıxacaq.