
Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına artıq Gürcüstan millisi də qoşulub.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də baş tutacaq.
- İBA prezidenti: “Azərbaycanlı boksçuya qarşı haqsızlıq edən hakim ömürlük boksdan kənarlaşdırılacaq” - VİDEO
- Boksçumuz “Brandenburq kuboku”nda gümüş medal qazanıb
- Boksçumuz beynəlxalq turnirdə finala çıxıb
- Boksçumuz “Brandenburq kuboku”nda yarımfinala yüksəlib
- Azərbaycan Boks Federasiyasında görüş keçirilib