Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha bir medalı rəsmiləşib.
80 kq-da mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb. Görüş rəqibin 3:2 (26:30, 28:28, 28:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından boksçumuz gümüş medalla kifayətlənib.
Bununla da, yığmamız Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
Boksçularımızdan daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.
- Bakıda boks üzrə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək
- Boksçularımız Debretsendə beynəlxalq turnirdə iştirak edəcəklər
- Azərbaycanın boks millləri beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Boksçularımız Monteneqro kubokuna yollanıblar
- Azərbaycan boksçuları "Adriatik incisi" turnirini dörd medalla başa vurublar