Yeniyetmə oğlan və qız boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, hazırlıq Bakı Boks Mərkəzində keçirilir.
Toplanışa ölkənin ən güclüləri cəlb olunublar. Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.
Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət millimiz paytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışın növbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin baş məşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davam edəcək.
Qeyd edək ki, toplanış ölkəmizdə keçiriləcək III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır.
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub