Boksçumuz “Brandenburq kuboku”nda gümüş medal qazanıb
02.08.2025 - 17:54
Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq kuboku”nda final görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 60 kq çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub.
Qeyd edək ki, boksçumuz daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib.
- Dörd boksçumuz Avropa çempionatının 1/4 finalında
- Azərbaycanın 3 boksçusu dünya çempionatında yarımfinala yüksəlib
- Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazanıb
- Dünya çempionatı: Azərbaycanın səkkiz boksçusu 1/4 finalda mübarizə aparacaq
- Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub
0
0