Tanınmış rusiyalı MMA ulduzu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında paylaşım edib.
Apasport.az xəbər verir ki, 36 yaşlı sabiq çempion Azərbaycanda görüşdüyü şəxslərlə fotolarını yayımlayıb.
Rusiyalı döyüşçü "Azərbaycan, çox sağ olun. Bu günlər heyrətamiz idi" yazıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil edilmiş turnirində Taqir Ulanbekovun məşqçisi olub.
Ulanbekov Maksum Azata (Qazaxıstan) qalib gəlib. Turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib.
Rountri yekunda qalib elan olunub. Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.
- Bakıda boks üzrə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək
- Boksçularımız Debretsendə beynəlxalq turnirdə iştirak edəcəklər
- Azərbaycanın boks millləri beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Boksçularımız Monteneqro kubokuna yollanıblar
- Azərbaycan boksçuları "Adriatik incisi" turnirini dörd medalla başa vurublar