Bakıda yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start verilib.
Apasport.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ilk günündə 35 döyüş baş tutub.
Bakı Boks Mərkəzində keçirilən turnirə Azərbaycan millisinin 6 idmançısı qələbə ilə başlayıb. Yığmanın heyətində Kərim Sultanov (54 kq) komanda yoldaşı Amin Həsənzadəyə tam üstünlüklə qalib gəlib.
Nihat Ağayev (60 kq) Davit Narsianı (Gürcüstan, 5:0), Dəniz Zeynalov (66 kq) Zəkəriyyə Rəhimovanı (Azərbaycan, 5:0), Nurlan Süleymanov (66 kq) Fayoziddin Fozilovu (Özbəkistan, 4:1) Həsənəli Məhərrəmzadə (66 kq) Tuneni (Türkiyə, 5:0) və Elvin Əhmədli (70 kq) isə Nihat Pehlevan (Türkiyə, 5:0) məğlub edib.
Yarışın ikinci gündə 38 görüş olacaq.
Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları mübarizə aparırlar. 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub