Yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca çıxış edən Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov bildirib ki, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi ənənəyə çevrilib. O, “Heydər Əliyev kuboku” turnirinin əhəmiyyətindən söz açıb və iştirakçılara uğurlar arzulayıb.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları mübarizə aparırlar. 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub