Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson növbəti dəfə rinqə çıxacaq.
Apasport.az xəbər verir ki, 59 yaşlı əfsanəvi boksçu peşəkar rinqin digər ulduzu Floyd Meyvezerlə qarşılaşacaq.
Bu barədə Tayson şəxsi sosial media hesabında paylaşım edib.
Görüşün rəsmi qeydiyyata alınmayacağı, yalnız azarkeşlər üçün təşkil ediləcək döyüş olacağı bildirilib.
Qarşılaşmanın 2026-cı ilin yayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Mayk Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib, onlardan 50-də qələbə qazanıb (44-ü nokautla). O, 2011-ci ildə Şöhrət Zalına daxil edilib.
48 yaşlı Floyd Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə bitirib. Amerikalı boksçu rinqdə keçirdiyi 50 qarşılaşmanın hamısında qalib gəlib, 27 döyüşdə isə rəqiblərini nokauta salıb.
- Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı
- 8 boksçumuz “Heydər Əliyev kuboku-2026”ya qələbə ilə başlayıb
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
- Azərbaycan boks tarixində ilk: Dünya Kubokunda 3 qızıl medal