Azərbaycan Cüdo Federasiyasının (ACF) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan 15 yaşa qədər kiçik yaşlı yeniyetmə qızlar və oğlanlar arasında region birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, yanvarın 18-dən 19-dək keçiriləcək yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
Birincilikdə qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində 200-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış müvafiq yaş qrupu üzrə baş tutacaq ölkə birinciliyinə seçim xarakteri daşıyır.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal