21 yaşadək gənclər arasında ölkə birinciliyinin komanda yarışları keçirilib.
Apasport.az xəbər verir ki, qızlar arasında 3 komanda, oğlanlar arasında isə 5 komanda kubok uğrunda mübarizə aparıb.
Qızların yarışında 52 kq, 57 kq, 63 kq, 70 kq və +70 kq, oğlanların yarışında isə 66 k., 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 55 cüdoçu gücünü sınayıb. Zəriflərin mübarizəsində qalib Cüdo Klub 2012 komandası olub. Gümüş medala Abşeron-Xızı regionunun komandası sahib çıxıb.
Oğlanların yarışında da çempion titulu Cüdo Klub 2012-yə qismət olub. Azəri-Cüdo İdman Klubu ikinci, Atilla İdman Klubu üçüncü yeri tutub.
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"