Azərbaycan Cüdo Federasiyası (ACF) regionlarda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına başlayıb.
Apasport.az xəbər verir ki, proqramın ilk seminarı Goranboyda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarının məşqçi-müəllimləri üçün keçirilib.
Proqram çərçivəsində cüdo texnikaları, kombinasiyalar üzrə nəzəri və praktiki hazırlıqlar baş tutub. İlk seminarda ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF prezidentinin müşaviri Natiq Bağırov da iştirak edib.
Seminarlarda həmçinin Cüdo Liqaları, ilkin tibbi yardım, hakimliyin yeni qaydaları, sosial mediadan düzgün istifadədən də bəhs olunacaq. Proqram hər regionda 6 gün olmaqla keçiriləcək.
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"