Astara və Cəlilabad Olimpiya İdman Komplekslərinin nəzdində cüdo zalları fəaliyyətə başlayıb.
Apasport.az xəbər verir ki, zallar Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib.
Açılış mərasimlərində Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov, Ruslan Yunusov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, rayon icra hakimiyyətlərinin nümayəndələri və digər rəsmilər iştirak ediblər.
Qeyd edək ki, ötən həftə Ağdaş və Kürdəmirdə cüdo zallarının açılışı keçirilib
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"