Avropa çempionatı: Daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq
25.04.2025 - 09:33
Azərbaycanın daha beş cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.
Apasport.az xəbər verir ki, kişilərdən Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), və Murad Fətiyev (90 kq) tatamiyə çıxacaqlar.
Qadınlardan isə Günel Həsənli ilə Südabə Ağayeva (hər ikisi 70 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0