Avropa çempionatı: Rəşid Məmmədəliyev bürünc medal üçün yarışacaq
24.04.2025 - 16:08
Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Rəşid Məmmədəliyev 1/16 final Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib.
Rəşid britaniyalının ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədəliyev 1/4 finalda Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qalib gəldiyi Joan-Benjamin Qabanı (Fransa) məğlub edərək yarımfinala vəsiqə qazanıb.
O, bu mərhələdə Danil Lavrentevə (İJF) məğlub olub.
Təmsilçimiz üçüncü yer uğrunda görüşə çıxacaq.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0