
Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, 4–7 sentyabr tarixlərində baş tutacaq qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Oğlanlar
-60 kq
Nihad Məmişov
Fərid Qarayev
-66 kq
Məhəmməd Musayev
Nizami İmranov
-73 kq
Əbil Yusubov
-81 kq
Süleyman Şükürov
-90 kq
Aslan Kotsoyev
-100 kq
Davud Namazlı
+100 kq
Ramazan Əhmədov
Qızlar
-48 kq
Fəridə Mirzəyeva
-52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva
+78 kq
Nigar Süleymanova
Qarışıq komanda yarışı
-63 kq
Nilgün Rzayeva