Azərbaycan millisində ciddi itki
30.04.2025 - 14:18
Azərbaycan millisində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, yığmanın cüdoçusu Murad Fətiyev (90 kq) dünya çempionatında iştirak edə bilməyəcək.
Bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Buna səbəb idmançının Monteneqronun paytaxtı Podqoritsada keçirilən böyüklər arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə almasıdır.
Qeyd edək ki, təmsilçimiz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib olub.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0