Azərbaycan cüdo komandası aprelin 5-6-da Polşanın Poznan şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa kubokunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, heyətdə 13 idmançı yer alıb.
Ölkəmizi yarışda Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Emin Böyükkişiyev (hər ikisi 66 kq), Abil Yusubov, Mehdi Cəfərov (hər ikisi 73 kq), Süleyman Şükürov, Cəsur İbadlı (hər ikisi), Tunjay Şamil, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov və Eldar Əliyev (hər ikisi +100 kq) təmsil edəcəklər.
Avropa kubokunda 23 ölkənin cüdoçuları çıxış edəcəklər.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib