Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
25.06.2025 - 09:56
Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib
- Təmsilçilərimizdən beynəlxalq turnirdə iki medal
- Millimiz Avropa Kubokunun ilk gününü 8 medalla başa vurub
- Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
0
0