Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Bakı Avropa Cüdo Ümidləri Turniri başa çatıb.
Apasport.az xəbər verir ki, ölkəmizdə ilk dəfə təşkil olunan beynəlxalq yarışın sonuncu günündə daha 16 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.
U-13 və U-15 yaş kateqoriyalarında keçirilən ikigünlük beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparıb.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnir çərçivəsində Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı Kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Kazuhiko Tokunonun rəhbərliyi ilə texniki sessiyalar da baş tutub.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO