Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avropa Cüdo Ümidləri Turniri və kodokan mütəxəssislərinin texniki sessiyaları start götürüb.
Apasport.az xəbər verir ki, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.
U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək.
Yarış klublar arasında keçirilir və qazanılan mükafatlar iştirakçı klubların aktivinə yazılacaq.
Texniki sessiyalara Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Tokuno Kazuhiko rəhbərlik edirlər.
Zəngin təcrübəyə malik bu təlimçilər turnir iştirakçılarına unikal bilik və bacarıqlar təqdim edərək onların inkişafına töhfə verirlər.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib