“Böyük Dəbilqə”: 3 cüdoçumuz finalda
04.05.2025 - 13:58
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turniri sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, bu gün yarışa yekun vurulacaq.
90 kq çəki dəcərəsində Vüqar Talıbovla Elcan Hacıyev finala vəsiqə qazanıblar. Onlar həlledici görüşdə qarşılaşacaqlar.
+100 kq çəki dərəcəsində Camal Qamzatxanov finalda tacikistanlı Temur Rakimovla üz-üzə gələcək.
Eyni çəkidə mübarizə aparan digər təmsilçimiz Kənan Nəsibov isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0