“Böyük Dəbilqə”: Mübarizəyə start verilir
02.05.2025 - 09:18
Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxacaq.
60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 finalda Muhammad Fathur Rohman (İndoneziya) - Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək.
66 kq çəki dərəcəsində Yaşar Nəcəfov 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0