Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışda 10 cüdoçu ilə təmsil olunur.
Bu gün dörd idmançımız mübarizəyə qoşulub.
81 kq. çəki dərəcəsində Ömər Rəcəbli Xorxe Peresə (Çili) qalib gələrək növbəti mərhələyə çıxıb. 1/4 finalda onun rəqibi Arnaud Areqba (Fransa) olacaq.
100 kq. çəki dərəcəsində Əjdər Bağırov əvvəlcə Mark Fransua Nqayap (Fransa), sonra da Georgios Kroussaniotakisə (Kipr) qalib gəlib. O, yarımfinala çıxmaq uğrunda Seheon Kim (Koreya) ilə mübarizə aparacaq.
+100 kq çəki dərəcəsində isə Kənan Nəsibov Marti Puumalaynenə (Finlandiya) məğlub olub. Uşanqi Kokauri də Toma Nikiforova (Belçika) uduzub.
Qeyd edək ki, ilk yarış günündə Ruslan Paşayev (66 kq) çempion olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal