
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda ümumilikdə 36 ölkədən 258 idmançı mübarizə aparır.
Turnirin üçüncü - sonuncu günündə Azərbaycanın doqquz cüdoçusu tatamiyə çıxacaq.
İki gündən sonra komandamızın hesabında 5 mükafat var. Zelim Tskayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Elşən Əsədov (66 kq) və Vüsal Qələndərzadə (73 kq) bürünc medal qazanıblar.
90 kq
Tuncay Şamil Didar Hamza (Qazaxıstan) ilə gücünü sınayacaq. Əli Qazıməmmədov Fabian Kansi (Almaniya) ilə qarşılaşacaq.
100 kq
Əjdər Bağırovun rəqibi Karamnob Saqaipov (Livan) olacaq. Davud Namazlı Niyaz Bilalovla (İJF) üz-üzə gələcək.
+100 kq
Uşanqi Kokauri Movli Borçaşvili (Avstriya) – Joao Çesarino (Braziliya) cütünün qalibini gözləyir. Camal Feyziyev Erasil Kazıbayevlə (Qazaxıstan) tatamiyə çıxacaq. Ramazan Əhmədov İbrahim Tataroğlu (Türkiyə) ilə görüşəcək. Kənan Nəsibov Yevgeni Balievski (Ukrayna) ilə qüvvəsini sınayacaq.
+78 kq
Nigar Süleymanova Kristina Qomanla (Ukrayna) mübarizə aparacaq.
- Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
- Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
- Avropa çempionatı: Ölkəmizi 19 idmançı təmsil edəcək
- Millimiz Avropa çempionatında iştirak edəcək - FOTO
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb