Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində “nage-no-kata” üzrə seminar keçirilib.
Apasport.az xəbər verir ki, seminar BCF Akademiyasının təhsil direktoru, Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə baş tutub.
Təlim zamanı iştirakçılara “nage-no-kata”nın nəzəri əsasları, texniki icra qaydaları və tədris metodikası ətraflı izah olunub.
Praktiki məşğələlərdə məşqçilər hərəkət ardıcıllıqlarını yerinə yetirərək texniki dəqiqliyin artırılması və kata tədrisində qarşılaşılan çətinliklərin aradan qaldırılması üzrə tövsiyələr alıblar.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO