Cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib - FOTO
11.08.2025 - 14:09
Avqustun 11-də Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən proqrama ölkəmizlə yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb.
Proqram çərçivəsində təşkil olunan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir.
Qeyd edək ki, təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0