Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
16.11.2024 - 11:57
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə həm qadın, həm də kişi cüdoçular arasında ölkə çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda ölkənin müxtəlif regionlarından, həmçinin Sumqayıt və Bakı şəhərlərindən olan 300-dən çox cüdoçu Bakı İdman Sarayında medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, 29 noyabr – 1 dekabrda baş tutacaq yarışları izləmək üçün arenaya giriş sərbəst olacaq.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0