Yanvarın 15-i Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Birincilikdə Bakının 30-dan çox müxtəlif klub, cəmiyyət və idman təşkilatından 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq. Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış müvafiq yaş qrupu üzrə ölkə birinciliyinə seçim xarakteri daşıyır.
Qeyd edək ki, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
- Cüdoçumuz Fransada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək
- Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- Hidayət Heydərov və millimizin baş məşqçisi mükafata namizədlər sırasındadır
- Cüdoçumuz “Yüksələn Ulduz” adına namizəddir
- Azərbaycan Cüdo Federasiyası ümumrespublika seminarı keçirib