Cüdo üzrə Liqa yarışının II turu keçiriləcək
13.04.2026 - 13:30
18–19 aprel tarixlərində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.
Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 94 klub və idman cəmiyyətindən olan 691 cüdoçu (582 oğlan, 109 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 (iki) yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar.
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim olunub
- Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
0
0