Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
21.08.2025 - 18:21
Avqustun 28–29-da cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 63 klub və idman cəmiyyətindən olan 322 idmançı (264 oğlan, 58 qız) mübarizə aparacaq.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq turnirdə cüdoçular 18 çəkidə güclərini sınayacaqlar.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO
0
0