
Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarını 8 medalla başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
90 kq çəkidə tatamiyə çıxan Sübhan Axundov üçüncü yer uğrunda görüşdə Çexiya təmsilçisi Meliçar Şkodaya vaza-ari xalı ilə qalib gələrək bürünc medala yiyələnib.
Yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan millisi ümumi komanda hesabında XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarının çempionu olub.
Qeyd edək ki, EYOF-da daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq) qızıl, Nuranə Hacızadə (48 kq), Zeyd Ələsgərov (60 kq) gümüş, Aysun Məmmədova (52 kq) və Məhəmməd Ağakişiyev (73 kq) bürünc medal əldə edib.
- Cüdoçularımızın Qvadalaxara Qran-Prisindəki rəqibləri bəlli olub
- Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb
- Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb
- Bakı birinciliyində daha 6 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO