Cüdo üzrə yeniyetmə qızlar arasında ACF Kubokunun III turu keçiriləcək
02.12.2024 - 22:56
Dekabrın 3-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmə qızlar arasında ACF Kubokunun III turu keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 8 çəki dərəcəsində 42 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 161 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Bu il ərzində ümumilikdə üç belə turnirin keçirilməsi nəzərdə tutulur. Yarışların nəticəsinə əsasən formalaşacaq reytinq siyahısında ilk yerləri tutan idmançılar yeniyetmə qızlardan ibarət milli yığma komandasının tərkibinə daxil ediləcək.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0