
Quba Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı davam edir.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan hazırlıq prosesində 9 ölkədən 280-ə yaxın cüdoçu iştirak edir.
Təlim düşərgəsində Azərbaycanın yeniyetmə oğlan və qızlardan milli komandaları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Çexiya, Fransa və Beynəlxalq Cüdo Federasiyasını təmsil edən idmançılar yer alır.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərli, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əmrahov rəhbərlik edir.
Mayın 5-7-də təlim-məşq toplanışı iyun ayında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatı və iyulda reallaşacaq Avropa Gənclər Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.
- Cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib - FOTO
- Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb - FOTO
- Millimizin Qubada təlim-məşq toplanışı davam edir - FOTO
- Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
- Bakıda cüdo üzrə “Kata for All” festivalı keçiriləcək