Gürcüstanın Qori şəhərində keçirilmiş böyüklər arasında cüdo üzrə Avropa Kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın ikinci – sonuncu günündə milli komandamız aktivinə daha bir medal əlavə edib.
81 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev gümüş medala layiq görülüb.
Turnirin ilk günündə isə Nazir Talıbov (-66 kq) qızıl, Babarəhim Mirzəyev (-60 kq) gümüş, Nəriman Mirzəyev (-73 kq) bürünc medal qazanmışdı.
Cüdoçularımız bu nəticələrlə turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub.
Qeyd edək ki, Azərbaycan 15 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"