Cüdoçularımız “Böyük Dəbilqə”ni 5 medalla bitiriblər
16.02.2025 - 19:31
Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə"ni beş medalla başa vurublar.
Apasport.az xəbər verir ki, yarışın sonuncu günündə təmsilçilərimizdən heç biri mükafat qazana bilməyib.
Əjdər Bağırov (100 kq) üçüncü yer uğrunda görüşdə Niyaz Bilalova (IJF), Kənan Nəsibov (+100 kq) yaponiyalı Kanta Nakanoya uduzub.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medala sahib çıxıblar.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0