Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
14.02.2025 - 19:08
Azərbaycan cüdoçuları Bakıda keçirilən keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.
Apasport.az xəbər verir ki, Əhməd Yusifovun (60 kq) ardınca Elşən Əsədov (66 kq) da üçüncü yer uğrunda qarşılaşmada qələbə qazanıb.
O, özbəkistanlı Azizbek Ortıkovla görüşdə qalib gələrək bürünc medala yiyələnib.
Daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc mükafat uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə uduzub.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim olunub
- Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
1
0