5-6 apreldə Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq turnirə 41 ölkədən 489 idmançı qatılacaq. Azərbaycan yarışda 10 çəki dərəcəsində 21 cüdoçu ilə (13 kişi, 8 qadın) təmsil olunacaq.
Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elxan Məmmədovla Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Kişilər
-60 kq
Murad Muradlı
Elbrus Zamanov
-66 kq
Kamran Süleymanov
Eltac Yusifli
Bəhram Qurbanlı
Qasım Vəlizadə
-73 kq
İbrahim Əliyev
Aydın Rzayev
-81 kq
Kərim Allahverdiyev
-90 kq
Vüqar Talıbov
Murad Fətiyev
Məmmədrza Hacızadə
İbrahim Ağakişiyev
Qadınlar
-52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
-57 kq
Fidan Əlizadə
-70 kq
Südabə Ağayeva
Günel Həsənli
Aytac Qardaşxanlı
-78 kq
Nərmin Əmirli
+78 kq
Nigar Süleymanova
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib