Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak edirlər
08.01.2025 - 15:11
Azərbaycan cüdoçuları Avstriyanın Mittersil şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıblar.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunan beynəlxalq toplanışda Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev daxil olmaqla 30 azərbaycanlı tatami ustası iştirak edir.
Bu təlim-məşq toplanışı yeni mövsümə hazırlığın əsas mərhələsi hesab olunur. Yanvarın 7-də başlayan hazırlıq prosesi 15-dək davam edəcək. Toplanışda ümumilikdə 44 ölkədən 848 idmançı iştirak edir.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0