Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
06.08.2025 - 15:20
Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandamız Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.
Təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.
Qeyd edək ki, qitə birinciliyi 4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0