Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, növbəti Böyük Dəbilqə turniri 21-23 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan yarışda ümumilikdə 8 çəki dərəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) təmsil olunacaq.
Cüdoçulara mötəbər turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib