Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kadetlər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi ümumi sıralamada liderliyi ələ alıb.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə idmançılarımız üç qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.
Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) çempion olublar, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc mükafata sahib çıxıblar.
Türkiyə (1-2-0) ümumi hesabda ikincidir, ilk üçlüyü isə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar tamamlayırlar (1-0-3).
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib