Cüdoçularımızdan Avropa Kubokunda 5 medal
22.06.2025 - 22:32
Bu gün Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə milli komandamız aktivinə 3 gümüş və 2 bürünc olmaqla 5 medal yazdırıb.
Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Əbil Yusubov (-73 kq) gümüş medal qazanıblar. Nizami İmranov (-66 kq) ilə Mehdi Cəfərov (-73 kq) isə bürünc medala yiyələniblər.
Qeyd edək ki, turnirdə ölkəmiz 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunur.
- Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- Mingəçevirdə cüdoçuların kəmər dərəcələri üzrə rəsmi imtahanı keçirilib
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
0
0