Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri bəlli olub
30.10.2025 - 22:08
Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri bəlli olub

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Qitə yarışında Azərbaycan 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək.

U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 11:30-dan, final blokunu isə 19:30-dan etibarən canlı olaraq JudoTV.com saytından izləyə bilərsiniz.

Kişilər

-60 kq, 1/16 final
Murad Muradlı – Maksim Taran (Almaniya)
Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)

-66 kq, 1/16 final
İslam Rəhimov – Roman Dekan (Slovakiya)

-81 kq, 1/16 final
Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)
-81 kq, 1/8 final
Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə

-90 kq, 1/16 final
Aslan Kotsoyev – Rayan Askofar (Fransa)
-90 kq, 1/8 final
Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə

-100 kq, 1/8 final
Əjdər Bağırov – Fares Mexux (Fransa) 

+100 kq, 1/8 final
Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)